Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 06:16
Bakı. Trend:
G20 ölkələri yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində səhiyyə sahəsinin maliyyələşdirilməsinə 21 milyard dollardan artıq pul ayıracaqlar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə G20-nin rəsmi saytında deyilir.
Məlumatda bildirilir: "G20 dəvət olunmuş ölkələrlə birlikdə COVID-19 pandemiyasına qarşı mübarizəni dəstəkləmək üçün qlobal səyləri əlaqələndirib. Bu gün üçün G20 üzvləri və dəvət olunan iştirakçı-ölkələr qlobal səhiyyə sahəsini maliyyələşdirmək üçün 21 milyard dollardan çox pul ayırmağı öhdələrinə götürüblər".
Qeyd edilir ki, G20 tərəfindən verilən bütün vəsaitlər koronavirus infeksiyasının yayılmasının qarşısını almağa yönəlmiş proseslərə, xüsusilə diaqnostika, vaksinin hazırlanması, koronavirus xəstələrinin müalicəsi və müxtəlif tədqiqatlara cəlb ediləcək.