Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÇL tarixinin reytinqi açıqlandı – Azərbaycandan 7 klub

ÇL tarixinin reytinqi açıqlandı – Azərbaycandan 7 klub

Tarix: 6 Iyun 2020 11:40

UEFA 1955-2020-ci illər arasında əvvəllər adı Çempionlar kuboku, 1992/1993 ildən isə Çempionlar Liqası adlanan yarışın bütün tarixi boyu orada oyun keçirən klubların reytinqini açıqlayıb.

Qol.az xəbər verir ki, bu zaman komandaların həm qrup, həm də təsnifat mərhələlərindəki iştirakı əsas götürülüb.

Siyahıya 438 matç və 600 xalla “Real” Madrid başçılıq edir. “Bavariya” ikinci (348 oyun, 476 xal), “Barselona” üçüncü (317 oyun, 447 xal) yeri tutur.

Azərbaycandan siyahıda yeddi komanda yer alıb. Ən yaxşı göstərici ilk yüzlüyə daxil olan “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası turnirdə 36 matç keçirib. Ağdam klubu göstərdiyi ümumi nəticələrlə 41 xal toplayıb və 84-cü yeri tutur.

“Neftçi” 169-cu (15 xal), “Bakı” 269-cu (6 xal), “İnter” (indiki “Keşlə”) 294-cü (5 xal), “Şəmkir” 396-cı (2 xal), “Kəpəz” 397-ci (2 xal), “Xəzər Lənkəran” 424-cü (1 xal) pilləni tutur.

 


Etiketlər:  ÇL tarixinin reytinqi açıqlandı Azərbaycandan 7 klub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ