Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 21:48
Anonymous haker qruplaşması Minneapolis polisini qəddarlıqda və korrupsiyada ittiham edərək, onları ifşa edəcəklərini bildirən video yayımlayıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu videonun ardınca şəhərin hüquq mühafizə orqanları ilə əlaqəli bir neçə sayt kiberhücumların qurbanı olub.
Qeyd edək ki, ABŞ-dakı afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq yaranan iğtişaşlar dayanmır. Məlum olduğu kimi, ötən həftə 46 yaşlı afroamerikalı Corc Floyd Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən boğularaq öldürülüb. Bu hadisə Amerikanın bir çox şəhərində kütləvi etirazlara səbəb olub. Hazırda da etirazlar səngimədən davam edir.
Aksiyalar fonunda ABŞ polisini məşhur haker qruplaşması olan Anonymous hədələyib. Bununla bağlı video yayımlayan anonim qəhrəman ədalət mühakiməsinə "etibar etmədiyini" və buna görə də tezliklə Minneapolisdəki hüquq-mühafizə orqanlarının əməkdaşlarının digər günahları barədə məlumat yayacağını bildirib.
Anonim hakerin sözlərinə görə, Corc Floydun öldürülməsi yalnız aysberqin görünən tərəfidir: "Bizim adımız legiondur. Bizi gözləyin".
Sözügedən video görüntü Feysbuk sosial şəbəkəsində 2.3 milyon baxış sayı toplayıb. Müraciətin ardınca isə Minneapolis Polis İdarəsinin veb saytına və Bələdiyyənin veb saytına haker hücumları edilib. Hər iki resurs bir müddət ziyarət üçün əlçatmaz olub. Ertəsi gün bu saytlar ziyarətçilərdən qondarma "captcha" - botu real insanlar arasında tanımaq üçün hazırlanmış bir test təqdim etmək tələb kimi irəli sürülüb. Bu üsulla kiberhücum riskini azaltmağa çalışıblar. Çünki onlayn sorğu təcavüzkarların saytı yükləməsinin qarşısını alır. Minneapolis polisi və şəhər rəsmiləri potensial haker hücumu barədə şərh verməkdən imtina ediblər.
Eyni zamanda, bu hadisələr fonunda Silikon Vadisinin bir neçə İT nəhəngi Corc Floydun öldürülməsini qınamağa başlayıb.
"Ölkəmizdə qaradərililərə qarşı haqsız və qəddar rəftar dayandırılmalıdır. Biz cəmiyyətlə - işçilərimiz, müştərilərimiz və tərəfdaşlarımızla irqçilik və ədalətsizliyə qarşı mübarizədə həmrəyliyimizi ifadə edirik ", - deyə Amazon şirkətinin rəsmi açıqlamasında bildirilib.
Ardınca isə Apple şirkətinin direktoru Tim Kuk Floydun qətlini pisləyərək hər kəsi "daha yaxşı, ədalətli dünya" yaratmağa çağırıb: "İrqçilik sosial məsafənin təzahürü deyil. Pandemiya ətrafındakı qorxu və etibarsızlıq içərisində bu həftə yenə də mövcud hadisəyə diqqəti yönəldi: qaradərililərin gündəlik qarşılaşdıqları və uzun müddətdir davam edən irqçilik və ədalətsizlik. Ölkəsinə sevgisini, işini və həyatını bəxş edən hər kəs qorxu və özbaşınalıqdan azad olmasa, müasir cəmiyyətimizi tərifləyə bilmərik".