Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 23:04
Bakı. Trend:
Qazaxıstan Prezidentinin Mətbuat Katibi Kassım-Jomart Tokaev Berik Uali koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə Berik Uali öz "Facebook" səhifəsində yazıb.
B.Uali bildirib ki, bütün ehtiyat tədbirlərinə baxmayaraq koronavirusla bağlı testi pozitiv çıxıb.
Hal-hazırda o həkimlərin nəzarəti altında xəstəxanadadır. Vəziyyəti qənaətbəxşdir.
Sözçü Qazaxıstan prezidentinin iqamətgahında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini qeyd edib:
"Hər kəsi öz sağlamlığı və yaxınlarının sağlamlığı naminə karantin rejimini və profilaktik tədbirləri ciddi şəkildə yerinə yetirməyə çağırıram. Pandemiya yüngül qəbul edilə bilməz".