Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 07:56
Bakı. Trend:
Braziliyada sutka ərzində yeni növ koronavirusun törətdiyi fəsadlardan ölənlərin sayı 904 nəfər artaraq 35 930 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Braziliya Səhiyyə Nazirliyinin rəsmi statistikasında bildirilib.
Gündəlik nazirliyin son hesabatına görə, 27 075 yeni koronavirusa yoluxma faktı aşkar olunub, onların ümumi sayı 672 846-ya çatıb. Eyni zamanda, sağalananların sayı 10 209 nəfər artaraq 277 149 nəfərə çatıb.
Ölkədə infeksiyanın yayılma mərkəzi San-Paulu ştatı və onun eyni adlı paytaxtıdır.