Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şou-biznesin əkiz bacıları: “Açıq-saçıq görüntü ilə gündəmə gəlməmişik”

Şou-biznesin əkiz bacıları: “Açıq-saçıq görüntü ilə gündəmə gəlməmişik”

Tarix: 7 Iyun 2020 12:30

"Heç vaxt gündəmə açıq-saçıq görüntülər və dəyişik obrazlarla gəlməmişik. Hətta fotosessiyaların ən rahatını və sadəsini etdiririk. Obrazlı fotosessiya bizdən görməyəcəksiniz".

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri şou-biznesin Sevil və Sevinc Səfərova bacıları "Xəzər" televiziyasında yayımlanan "X maqazin" proqramına verdiyi müsahibələrində deyiblər.

Müğənnilər həmkarlarının tez-tez efirdə səsləndirdiyi "yeniliklər edəcəyəm" kəlməsinə etiraz ediblər:

"Toy məclislərində, verilişlərdə oluruq. Bizim də işimizin mahnı oxuyub, klip çəkdirib, fotosessiya etdirməkdir. Bu işləri görmək məcburiyyətindəyik. "Yenilik edəcəyəm" deyə bir şey yoxdur. Çünki sən bununla pul qazanırsan, tamaşaçılara tanınırsan, onların sevgisini qazanırsan".

Səfərova bacıları məşhur stilistlərlə çalışmaq istəmədiklərini söyləyiblər:

"Məşhur stilistlərlə çalışmağı sevmirik. Çünki onların da özlərinə görə kaprizləri var. Bizəözümüzü hər zamankı obrazda görmək rahatdır".

Milli.Az


Etiketlər:  Şou biznesin əkiz bacıları Açıq saçıq görüntü ilə gündəmə gəlməmişik


RƏYLƏR