Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Berlində 100-ə yaxın nümayışçi həbs olunub

Berlində 100-ə yaxın nümayışçi həbs olunub

Tarix: 7 Iyun 2020 18:16

Bakı. Trend:

Almaniya paytaxtında rasizm, diskriminasiya və polis zorakılığına qarşı keçirilən aksiyalarda ən az 93 nəfər saxlanılıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, nümayişlər zamanı 28 qanun keşikçisi və bir fotojurnalist xəsarət alıblar.

Qeyd edilir ki, ancaq Aleksandrplasda yer alan aksiyalarda 15 minə yaxın iştirakçı olub.

Mitinq dinc şəkildə başlasada, sonradan hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və daş atmaqla davam etdirlib.

Xatırladaq ki, nümayiş mayın 25-də ABŞ-ın Minneapolis ştatında polis tərəfindən saxlanılan afroamerikalı Corc Floydun vəfatı fonunda Avropa və bir sıra başqa regionların şəhərlərində keçirilən aksiyalardan biri olub.

Berlində 100-ə yaxın nümayışçi həbs olunub - Gallery Image Berlində 100-ə yaxın nümayışçi həbs olunub - Gallery Image Berlində 100-ə yaxın nümayışçi həbs olunub - Gallery Image


Etiketlər:  Berlində yaxın nümayışçi həbs olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ