Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 20:57
Sadəcə təbii qidalar qəbul edərək xəstəliklərdən qorunmaq və immun sistemini qüvvətləndirmək mümkündür.
Sonxeber.net xəbər verir ki, yeganə şərt insanın öz orqanizmini tanıması və hansı qidaya nə qədər ehtiyac duyduğunu bilməsidir.
Mütəxəssislər hər qidadan yetərli miqdarda və ölçülü formada yeyilməsini məsləhət görür. Bunun səbəbi hər qidanın fərqli dəyərlərə sahib olması və orqanizmin bütün qidalara olan ehtiyacıdır.
Ürək-damar sağlamlığını qoruyan qidalar:
- Nar
- Çiy badam, qoz, fındıq və bu kimi çərəzlər
- Yulaf
- Pomidor, qırmızı bibər, qırmızı kələm, kök
- İspanaq, brokkoli, portağal, limon, naringi, banan
- Zeytun yağı
- Gündə 1 fincan yaşıl çay, qəhvə
Bağırsağın sağlamlığını qoruyan qidalar:
- Noxud, lobya, mərci
- Qatıq, pendir, turşu, kefir
- Çiy badam
- İspanaq, brokkoli
- Balıq
- Alma, banan
Ağciyəri qoruyan qidalar:
- Qara üzüm
- Sarıkök
- Çərəz
- Sarımsaq
- Kələm
- Brokkoli
- Balqabaq
- Kivi
- Portağal
- Çuğundur
- Zəncəfil
Dərini qoruyan qidalar:
- Yaşıl çay
- Brokkoli, ispanaq, avokado və yaşıl yarpaqlı tərəvəzlər
- Limon, portağal
- Fındıq, badam
- Zeytun yağı
- Balıq
- Qara şokolad
- Yumurta, qatıq
Sümüklərin inkişafını təmin edən qidalar:
- Süd, pendir, qatıq
- Balıq
- Noxud
- Fıstıq, qoz, badam
- Kələm, brokkoli
- Yumurta
- Lobya, mərci
- Göbələk
- Qırmızı ət. (publika.az)