Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Senator Mitt Romni Vaşinqtonda etiraz aksiyasına qatılan ilk respublikaçı oldu

Senator Mitt Romni Vaşinqtonda etiraz aksiyasına qatılan ilk respublikaçı oldu

Tarix: 8 Iyun 2020 07:20

Bakı. Trend:

Senator Mitt Romni (Yuta ştatından) ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən etiraz aksiyasında iştirak edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə M.Romni öz "Twitter" səhifəsində yazıb.

M.Romni iki şəkil paylaşaraq "Qaradərililərin həyatının önəmi var" yazıb.

"The Washington Post" qəzeti bildirir ki, senator Konqresin yuxarı palatasından nümayişlərə qatılan ilk respublikaçı olub.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.


Etiketlər:  Senator Mitt Romni Vaşinqtonda etiraz aksiyasına qatılan respublikaçı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ