Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Minneapolis şəhərinin polis departamenti bütünlüklə buraxıla bilər

Minneapolis şəhərinin polis departamenti bütünlüklə buraxıla bilər

Tarix: 8 Iyun 2020 10:40

Bakı. Trend:

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürüldüyü Minneapolis şəhərində polis departamenti bütünlüklə buraxıla bilər.

Trend-in məlumatına görə, bu barədə Şəhər Şurasının üzvləri razılığa gəlib.

Qeyd olunur ki, Şuranın 13 üzvündən 9-u polis departamentinin ləğv olunmasına tərəfdar çıxıb.

Mütəxəssislər bundan sonra polis departamentinin necə ləğv olunacağı və gələcəkdə təhlükəsizliyin hansı formada təmin olunacağı barədə müzakirələrin başlayacağını hesab edir.

Qeyd edək ki, ABŞ-ın digər şəhərlərində də polis departamenlərində islahatların aparılacağı planlaşdırılır.


Etiketlər:  Minneapolis şəhərinin polis departamenti bütünlüklə buraxıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ