Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anji''nin futbolçularında koronavirus aşkarlandı

''Anji''nin futbolçularında koronavirus aşkarlandı

Tarix: 8 Iyun 2020 14:26

Rusiyanın “Anji” klubunun bir neçə futbolçusu koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Mahaçqala təmsilçisinin icraçı direktoru Absalutdin Ağarəhimov deyib.

“Bir neçə futbolçu virusa yoluxub. Hamısı gənc olduğu üçün ciddi simptomları yoxdur. Ona görə də heç biri xəstəxanaya yerləşdirilməyib. Hamısı evdə müalicə alır” – deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, “Anji” hazırda Rusiyanın 3-cü divizionu sayılan Cənub liqasında çıxış edir.
 


Etiketlər:  Anjinin futbolçularında koronavirus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ