Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 16:45
Xalq artisti Samir Cəfərov Əməkdar artist Teymur Əmrahla küsülü imiş.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda "Ay Zaur" verilişində danışıb. O bildirib ki, sənətçi ilə anlaşılmazlıqlar yaşayıblar.
S.Cəfərov Gəncə Dövlət Filarmoniyasının direktor vəzifəsindən uzaqlaşmasının səbəbini açıqlayıb:
"Gəncədə filarmoniyada direktor olan ərəfədə baş verdi. Teymur Əmrah solist idi. Bəzi hallarda kömək edirdi, gördüm, tək olmaq yaxşıdır. Bəzi məqamlar yaşandı, efirdə danışılacaq deyildi.
Orada yüksək səviyyəli tədbirlər etdim. Amma yol, ailə var idi, gedib-gələ bilmirdim. Dörd-beş, bəzən bir həftə orada qalırdım. Böyük filarmoniya idi, qurmaq lazımıydı. 360 manat maaş alırdım, qazanc yox idi. Qalmağa ev verilmədi, kömək edilmədi. Bütün qazandığımı yollara xərcləyirdim. Ona görə də direktor kimi fəaliyyət göstərmədim. Bəzi insanlar var idi dəstək də durmadılar. Mənə qara ləkə yaxdılar. Amma gəncəlilərə minnətdaram, alnıaçıq oradan qayıtdım".
Müğənni daha sonra şou-biznesin hazırkı vəziyyətindən bəhs edib:
"2000-ci illərdə Faiq Ağayev şou-biznes üçün önəmli bir şəxs idi. Sonradan musiqi bazarından uzaqlaşdı. Çünki musiqi piar menecerləri olmadı. Hər on ildən bir musiqi zövqü dəyişir.
Bir vaxtlar Azərbaycanda iki musiqi tərzi var idi: əyalət və Bakı musiqisi. Əyalət musiqisi, yəni rayon mahnıları gəlib Bakı musiqisi məhv etdi. Bakıda böyüyənlər sırasına caz, opera, klassika daxil idi. Rayon musiqisi isə başqa idi. İndi zəmanə elə gətirdi ki, Bakıda vilayət musiqisi yer aldı. Problem də burdan yarandı".