Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlayn çimərlik: bu qaydalara əməl olunmalıdır - VİDEO

Onlayn çimərlik: bu qaydalara əməl olunmalıdır - VİDEO

Tarix: 8 Iyun 2020 17:26

Ara-sıra çimənlər olsa da, dəniz mövsümü rəsmi olaraq hələ açılmayıb. Amma təbii ki, builki dəniz mövsümü ötən illərdən fərqli olacaq. Bəli, COVİD-19 virusuna yoluxma riskini azaltmaq üçün çimərliklərdə müəyyən qaydalar var ki, onlara mütləq əməl olunmalıdır.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Nahid Məhərrəmov - Həkim: "Yaxşı olardı ki, ara məsafəsi saxlanılsın. Düzdür, ara məsafəsi saxlamaq çox çətindir. Amma birmənalı şəkildə bunu tətbiq etmək lazımdır ki, məsafə saxlanılsın və yaxud da oturacaqlar arasında müəyyən qədər məsafələr olsun. Bəli, mən anlayıram bunları etmək çox çətnidir. Amma insan hər şeyə qadirdir. İnsan bunu istəsə edə bilər".

Sakin: "Karantin qaydalarına əməl etmək çətin olsa da, ümid edirəm ki, mümkün olacaq".

Koronavirus pandemiyası ilə bağlı bu il yeni dəniz mövsümünün nə vaxt açılacağı, hələ ki, dəqiq məlum olmasa da, dənizkənarı çimərliklərdə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Qafar İsgəndərov - İcarədar: "Qaydaları necə qoyarlarsa, o qaydalarla işləyərik".

Könül Quliyeva - İcarədar: "Biz də o qərarlara uyğun işimizi qurmağa çalışırıq. Masalar arası məsafələr də nəzərdə tuturuq. Əvvəl sıx şəkildə qoyurduq, amma indi gördüyünüz kimi hər çətirin arasında 4 metr məsafələr qoyulur".

Hamısında olmasa da bəzi çimərliklərdə COVİD-19 virusu ilə bağlı müəyyən metodiki göstərişləri özündə əks etdirən bu cür yazılar yapışdırılıb ki, çimərliyə gələn vətəndaşlar bu qaydaları oxusunlar və əməl etsinlər".

Araz Vahidli - Administrator: "Bu plakatları ona görə yapışdırmışıq ki, bizim qonaqlarımız, bizim müştərilərimiz buna əməl etsin. Biz özümüz də buna əməl edirik. Ara məsafəsi, spirtlə, maye sabunlardan istifadə edirik. Müştərilərə də məsləhət görürük ki, buna əməl eləsin".

Görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, həkimlər vətəndaşlara bu il mümkün qədər dənizə getməməyi məsləhət görür.

Nahid Məhərrəmov - Həkim: "Biz əgər karantin müddətində küçəyə çıxmadıq, qohuma getmədik, nə bilim, ən vacib işlərimizi təxirə saldıqsa, iqtisadiyyat belə təxirə salındısa, dənizdən istifadə etməmək çox da ciddi bir şey deyil insanlar üçün".

Xatırladaq ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirmişdi ki, çimərliklərdə insan axınının qarşısını almaq üçün elektron sistemdən istifadə nəzərdə tutulur. Belə olduğu təqdirdə vətəndaş çimərliyə getmək üçün, əvvəlcədən özünə yer sifariş verə biləcək. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, hazırda həmin sənəd üzərində iş gedir. Prosesin icra mexanizmi hazır olduqdan sonra ictimaiyyətə məlumat veriləcək.


Etiketlər:  Onlayn çimərlik qaydalara əməl olunmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ