Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 19:15
Xalq artisti Brilliant Dadaşova son zamanlar "Youtube"da haqqında yayılan şayiələrə cavab verib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni video çəkərək İnstaqramında yerləşdirib. Dadaşova ona şər atıldığını deyib:
"Gözəl kəndimiz Buzovna. Əvvəl damda yatırdıq, səhər 6-da gün düşürdü, məcbur aşağı enirdik. İndi internet dövrü gəldi. İnternetdə üzdəniraq elə insanlar gördük ki... Səsi kişi səsidir, amma özü qadın. Bu yaxınlarda mənə bir video göndəriblər. Bir kişi qadınlar kimi dedi-qodu edir, şər-böhtan, hər şey... Videoda o deyir ki, guya məni Bilgəhdəki bağdan götürürmüş. Görünür ki, o insanın Bakının 32 kəndi haqqında anlayışı yoxdur. Bilgəh ilə Buzovna başqa yerdir. Bizim Bilgəhdə heç vaxt evimiz və bağımız olmayıb. Heç bir gün orada qonaq da qalmamışıq.
Bunu ona görə deyirəm ki, yalançı hekayələri danışanda həqiqəti bilin. Sizə qulaq asanlar yalnız özünüz kimi olanlar deyil. O biri deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, qondarma hekayələr danışırlar.
Biri də deyir ki, guya məni kimsə Xalq artisti edib. Bu adı almağa görə, guya mən kiminləsə görüşmüşəm. Səhnəyə çıxdığımdan 23 il sonra "Xalq artisti" adı aldım. İstedadım olmasaydı, peşəkar musiqiçilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasaydım belə, əmim Məlik Dadaşov heç olmasa mənə "Xalq artisti" adı verdirərdi.
Əziz dostlar, əfsuslar olsun ki, onlar ana dilimizdə danışırlar. Ən qorxulusu budur. Bir ananın dünyaya gətirdiyi insandır. Heyif o ananın südündən".