Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 06:56
Bakı. Trend:
Rio-de-Janeyro məhkəməsi əyalət hakimiyyətinin və şəhər şurasının yeni növ koronavirus pandemiyası zamanı qəbul edilən sosial təcridetmə qaydalarını yumşaldan qərarlarını müvəqqəti olaraq dayandırıb.
Trend-in məlumatına görə, şəhər məhkəməsinin hakimi Bruno Bodar dövlət ittihamçısının vəsatətini təmin edib və bir sıra yerli hakimiyyətin qəbul etdiyi qərarları ləğv edib.
"Ciddi zərər riski var, çünki sosial təcrid tədbirlərinin qeyri-adekvat yumşaldılması koronavirusun yayılmasını sürətləndirə bilər və bunun qarşısını almaq çətin olar", - məhkəmənin qərarında deyilib.
Artıq bütün açıq idman tədbirləri, turizm güşələrinə səfərlər, bar və restoranların, ticarət mərkəzlərinin və kilsə xidmətlərinin işi yenidən qadağan edilib.