Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 08:54
Bakı. Trend:
2020-ci ilin 8 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyasında bakalavriat səviyyəsinin birinci-üçüncü kurslarında və magistratura səviyyəsinin birinci kursunda təhsil alan ümumilikdə 1874 tələbə və magistrantın iştirakı nəzərdə tutulub.
Universitetdən Trend-ə verilən məlumata görə, ilk dəfə olaraq, “Microsoft Teams” platforması üzərindən online formada şifahi qaydada təşkil olunan imtahan sessiyasının ilk günündə ümumilkdə 47 imtahanda 680 tələbə iştirak edib. İlk imtahan günündə iştirak edən bütün tələbələr müvəffəq qiymət alıblar. Başqa sözlə, cari ilin mart-may aylarında MDU-nun professor-müəllim heyəti tərəfindən təqdim olunan məsafədən dərslərdə fəal iştirak edən tələbələrin ilk imtahan günündə göstərdikləri nəticələr qənaətbəxş olub.
Qeyd edək ki, mövcud qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanları, karantin dövrünün xüsusiyyətlərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, MDU-da cari imtahan sessiyası çoxsaylı güzəştlərin tətbiqi ilə həyata keçirilir. İmtahanların təşkilində müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu”, gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” və tələbələrdən ibarət “İmtahan könüllüləri” fəal iştirak edirlər.
MDU-nun birinci kurs tələbəsi, universitetə 622 balla qəbul olmuş Alsu Məmmədovanın online imtahan prosesi barədə təəssüratlarını təqdim edirik.
https://www.youtube.com/watch?v=O5_oEdSK4nw&feature=youtu.be