Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimlərin sertifikasiya prosesində iştirakı məcburidir - NAZİRLİK

Müəllimlərin sertifikasiya prosesində iştirakı məcburidir - NAZİRLİK

Tarix: 9 Iyun 2020 12:57

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin sertifikasiya prosesində iştirakı məcburidir, bu proses bütün müəllimlərə şamil olunur.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, dövlət ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin sertifikatlaşdırılması iki mərhələdə aparılacaq. Birinci mərhələdə müəllimlər test imtahanı verəcəklər. Müəllimlər bu mərhələdə 60 suala cavab verərək 60 bal toplayacaqlar. İmtahanın ikinci mərhələsində - müsahibədə isə müəllimlər 40 bal toplaya biləcəklər.

C.Valehov qeyd edib ki, müəllimlər mərhələli şəkildə sertifikasiyadan keçərək öz peşəkarlıqlarını, bilik və bacarıqlarını yoxlaya biləcəklər. Sertifikasiyanın nəticəsinə uyğun olaraq, müəllimlərin karyera və inkişafı ilə bağlı müvafiq qərarlar veriləcək.

Nazirlik rəsmisi əlavə edib ki, sertifikatlaşdırmadan keçən şəxslər 5 il müddətində ümumtəhsil müəssisəsində fəaliyyət göstərmək imkanı qazanacaqlar:

"Yəni müəllimlərin hər 5 ildən bir müəllimlərin sertifikatlaşdırılma prosesi aparılacaq. Sertifikasiya prosesində bu və ya digər səbəblərdən iştirak edə bilməyən şəxslər 1 il ərzində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak edə biləcək".

C.Valehov sertifikasiya prosesinin müəllimlərin bilik və bacarıqlarının, karyera imkanlarının artırılmasına xidmət etdiyini də söyləyib.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinə payız aylarından başlanacaq. Proses növbəti illərdə də davam etdiriləcək.


Etiketlər:  Müəllimlərin sertifikasiya prosesində iştirakı məcburidir NAZİRLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ