Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:33
Bakı. İlhamə İsabalayeva - Trend:
Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı qərar qəbul edilə bilər.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, indiyədək bütün xəstələr xəstəxanalarda müalicə ediliblər: “Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı məlumatlar veriləcək. Bizi narahat edən odur ki, belə xəstələr evdə müşahidədən kənara çıxa və infeksiyanı başqalarına yoluxdura bilərlər. Buna görə də onlara xüsusi iltizamnamə imzaladılacaq”.