Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hyustonda 9 iyun Corc Floyd Günü elan edilib

Hyustonda 9 iyun Corc Floyd Günü elan edilib

Tarix: 10 Iyun 2020 02:28

Bakı. Trend:

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) 9 iyun Corc Floyd Günü elan edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin meri Silvestr Tyorner öz "Twitter" səhifəsində yazıb.

S.Tyorner bildirib: "Biz Corc Floydu onun mükəmməl insan olduğuna görə deyil, son nəfəsindən sonra hamımızın rahat nəfəs ala biləcəyinə görə hörmətlə yad edirik. Buna görə mən, Hyustonun meri Silvestr Tyorner, bu günü Hyustonda Corc Floyd Günü elan edirəm".

Şəhərin meri qeyd edib ki, indi Corc Floydun adını Cənubi Afrikadan Kanadaya, Nayrobidən Berlinə və Cənubi Koreyadan Avropaya qədər bütün dünyadakı insanlar bilir.


Etiketlər:  Hyustonda 9 iyun Corc Floyd Günü elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ