Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19 xəstələrində sağaldıqdan sonra bəzi simptomların davam etdiyi müəyyənləşib

COVID-19 xəstələrində sağaldıqdan sonra bəzi simptomların davam etdiyi müəyyənləşib

Tarix: 10 Iyun 2020 08:42

COVID-19 xəstələrinin bəzilərində sağaldıqdan sonra sinə hissəsində ağrılar, nəfəs darlığı, öskürək və ishal kimi simptomların davam etdiyi müəyyən olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin İstanbulda fəaliyyət göstərən COVID-19 Xəstələrinin İzlənmə Mərkəzi məlumat yayıb.

Bir ay əvvəl fəaliyyətə başlayan mərkəzdə ötən dövr ərzində 600 xəstə nəzarət altına alınıb. Bu şəxslərin müalicə olunduqdan sonra sağlamlıq vəziyyətləri araşdırılıb. Tədqiqatlar göstərib ki, yoluxanların təxminən 20 faizində sinə hissəsində ağrılar, 10-15 faizində ishal, bəzilərində nəfəs darlığı, iki nəfərdə isə ürək-damar sistemində narahatlıq kimi hallar sağaldıqdan sonra da davam edib. Hazırda bu simptomların xroniki hal alıb-almaması istiqamətində araşdırmalar aparılır. Bu şəxslər sağaldıqdan üç və altı ay sonra təkrar müayinədən keçiriləcəklər


Etiketlər:  COVID xəstələrində sağaldıqdan sonra bəzi simptomların davam etdiyi müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ