Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 11:15
Bakı. Samir Əli - Trend:
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan restoran aşkarlanıb. Trend-in məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 9-da Sulutəpə dairəsində “Ailəvi” restoranın icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı B.Mirzəyev 200 manat, digərləri 100 manat cərimə olunublar.