Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 12:42
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.
İlkin mərhələdə koronavirus pandemiyası ilə əlaqədar təlimlərində fasilə yaranmış 1102 nəfərin təlimləri davam etdirilir. Növbəti mərhələdə isə 1804 iştirakçı təlimlərə cəlb ediləcək. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqram üzrə təlimlərə cəlb edilib.
Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.