Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eyfel qülləsi iyunun 25-də turistlər üçün açılacaq

Eyfel qülləsi iyunun 25-də turistlər üçün açılacaq

Tarix: 10 Iyun 2020 12:52

Bakı. Trend:

Parisdə Eyfel qülləsi iyunun 25-dən etibarən turistləri qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə Eyfel qülləsinin rəsmi saytında deyilir.

Qeyd olunur ki, 11 yaşından yuxarı turistlər üçün maska taxmaq məcburi olacaq.

Xatırladaq ki, Eyfel qülləsi koronavirus pandemiyası ilə əlaqədar mart ayında turistlər üçün bağlanmışdı. Bu, İkinci dünya müharibəsindən sonra qüllənin bağlı qaldığı ən uzun müddət olub.


Etiketlər:  Eyfel qülləsi iyunun 25 turistlər üçün açılacaq


RƏYLƏR