Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salyanda ''Moskviç'' su kanalına aşıb: 2 ölü

Salyanda ''Moskviç'' su kanalına aşıb: 2 ölü

Tarix: 10 Iyun 2020 14:42

Bakı. Trend:

Salyan rayonunun Sarvan kəndində "Moskviç" markalı minik avtomobili su kanalına aşıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.

Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb. Əməliyyat başa çatıb.


Etiketlər:  Salyanda Moskviç kanalına aşıb ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ