Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 14:28
Cənubi afrikalı futbolçu Hendrik Ekşteyn karyerasını ölkəmizdə davam etdirə bilər.
Qol.az-ın yerli “Soccerladuma” saytına istinadən yaydığı xəbərə görə, hazırda klubsuz olan hücumameylli yarımmüdafiəçi “Qarabağ”dan təklif alıb. Bu barədə oyunçuya yaxın mənbələrdən biri məlumat verib. Onun sözlərinə görə, Ağdam klubu 28 yaşlı futbolçu ilə yaxından maraqlanır:
“Ölkə xaricindən Ekşteynə təklif var. Bu transfer pəncərəsində bir neçə dəfə ona görə zəng gəlib. Əcnəbi klublardan biri futbolçuya ciddi maraq göstərir. Müqavilə bağlamaq istəyirlər. Onlar müntəzəm olaraq, oyunçunun meneceri ilə əlaqə saxlayırlar. Hətta gecə də zəng vururlar. Bu, bir vaxtlar Dino Ndlovunun da çıxış etdiyi “Qarabağ” klubudur”.
Ekşteynin meneceri Poles Mxize isə hələlik transfer xəbərlərinə şərh vermək istəməyib: “İndi klubun adını çəkə bilmərəm. Amma ölkə xaricindən təklif olduğunu təsdiqləyə bilərəm. Futbolçunun özü ilə hər şeyi müzakirə etməliyəm. Biz növbəti addımla bağlı məsələhətləşməliyik”.
Qeyd edək ki, 2014-cü ildən ölkəsinin “Kayzer Çifs” klubunda çıxış edən və bu yaxınlarda komanda ilə yollarını ayıran Ekşteynlə “Orlando Pirats” və “Haylənds Park” da yaxından maraqlanır.