Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 21:35
Müğənni Şəbnəm Tapdıq "5/5" verilişində əsəbiləşib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal sənətçidən oynaq mahnı oxumasını istəyib. "Özümü toy üçün reklam etmirəm" deyən Ş.Tapdıq etiraz edib.
O bildirib ki, toy mahnıları onluq deyil. O, "Toya getmirsiz, haradan qazanırsınız" sualına belə cavab verib:
"Kiməsə gəlib deyirəm ki, dolana bilmirəm? Mənə pul verin? Mənim repertuarım, dünyagörüşüm fərqlidir. Konsertlərdə oxuyuram, toylarda yox. Bizim xalq mahnılarımız bir-birindən gözəl və oynaqdır. Amma mən ciddi konsert müğənnisiyəm.
Bir dəfə atama dedilər ki, qızın məclisə gəlsin. Onun sözündən çıxa bilmədim. Mənə qonorar verdilər. Açıb baxanda gözümüz kəlləmizə çıxdı. Atam dedi ki, tez ol, yarıdan çoxunu qaytar".