Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mövqelərimiz iriçaplı pulemyot və snayperlərlə atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyot və snayperlərlə atəşə tutuldu

Tarix: 11 Iyun 2020 09:57

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az


Etiketlər:  Mövqelərimiz iriçaplı pulemyot snayperlərlə atəşə tutuldu


RƏYLƏR