Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 10:52
Bu il Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək.
Qol.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb. Bildirilib ki, Türkiyə Futbol Federasiyası isə UEFA arasında yekun danışıqların nəticəsinə əsasən, bu il ÇL-in finalı İstanbulda olmayacaq. Ancaq 2021-ci ildə turnirin həlledici matçının Türkiyənin paytaxtında keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Bildirilib ki, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir Çempionlar Liqasının həlledici matçının boş tribunalar önündə yox, azarkeşlərlə keçirilməsinə istəyir. Bu səbəbdən yeni qərarla İstanbul gələn il turniri azarkeşlərin iştirakı ilə keçirə biləcək.
Qərarın iyunun 17-i UEFA-nın iclasında rəsmən açıqlanacağı gözlənilir.