Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 11:45
Kişinin evlənməyinə, qızın qaçmasına bədbəxtçilik deyirik. Bədbəxtçilik savadsızlıqdır. Niyə belə savadsız vətəndaşların sayını artırmağın nə mənası var? Niyə artıraq savadsız, cahil insanları? Ona savad verə bilmirik.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. O, proqramına qatılan 18 yaşlı savadsız oğlandan bəhs edib. Zaur təhsil almayan gəncə əsəbiləşərək bunları deyib:
"Keyfiyyətli artım olmalıdır. Sözləri də doğru deyə bilməyənlər var. Niyə bunları doğub küçələrə tökürsünüz? Adam var 60 yaşında ata olur, amma uşağını oxutdurur. Bunun yaş yox, cahilliklə əlaqəsi var. 18 yaşında oğlan hərf tanımır.
Sovet dövründə məktəbə uşaq getməyəndə hamı ayağa qalxırdı. Məktəb direktoru belə bilirdi ki, uşaq məktəbə gəlməyib. İndi müəllimlər niyə maraqlanmırlar?
Bu kimi həssas və olduqca ciddi məqamlarda qəyyumluq, himayə şöbəsi hara baxır? Bir ailədə üç uşaq böyüyür, heç biri də nə oxumağı, nə də yazmağı bacarır. Savadsızdırlar.
Niyə belə olan halda onlar uşaqlarla maraqlanmırlar? Bəlkə valideynin əqli qüsuru, ruhi problemi var və ya uşağını doğru-düzgün məktəbə yola sala bilmir. Bizə pənah gətirən bu qardaşlar qeydiyyatda belə yoxdurlar. Heç şəxsiyyət vəsiqələri belə yoxdur. İraq olsun, birdən gedib hər hansısa bir cinayət törətsə, bunu haradan axtarıb tapacaqlar? Burada vətəndaşın məsuliyyətsizliyini kənara qoyuram. Burada birbaşa məsuliyyəti daşıyan xüsusi qurumlar var ki, onlar bu uşaqlarla yaxından məşğul olmalıdırlar".