Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 13:36
Bakı. Trend:
“Apple” və “Microsoft” şirkətləri tarixdə kapitallaşması 1,5 trilyon dolları keçən ilk şirkətlər olub.
Trend-in məlumatına görə, tarixi rekord iyunun 10-da NASDAQ birjasında alqı-satqı zamanı qeydə alınıb.
Bundan başqa, digər texnologiya şirkətləri də ümumilikdə əsas indekslərin azalmasına baxmayaraq, bahalaşmaqda davam edib.
Belə ki, son dövrlərdə “Amazon”un kapitallaşması 1,3 trilyon dollara, “Google”un sahibi “Alphabet” şirkətinin kapitallaşması 1 trilyon dollara çatıb.