Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 22:16
Apple şirkəti ABŞ-ın ticarət nişanları ilə patentləri agentliyində "Sintetik selfie fotolar" texnologiyasının patentini qeydiyyatdan keçirdib. Yeni patent sorğusuna əsasən bu texnologiya xüsusi proqram təminatı vasitəsilə hətta insanların fiziki iştirakları olmadan da qrup şəklində selfie fotoların çəkilməsi imkanını yaradır. Bu barədə The Verge saytı xəbər verib.
Patentdəki məlumata əsasən selfie fotoda iştirak etmək istəyən lakin fiziki iştirakı mümkün olmayan istifadəçilərin smartfonlarının ekranlarında qrup selfie fotosunda iştirak dəvətini əks etdirən pəncərə ortaya çıxacaq. İstifadəçilər həmin dəvəti qəbul edib kadrda yerləşəndən sonra onlar foto, video çəkə və ya canlı yayım yarada bilərlər. Məlumata əsasən Apple şirkəti bu texnologiyanın patent sorğusunu hələ 2018-ci ildə göndərib. Lakin patent hələ indi təsdiqlənb.