Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FİFA futbolçulara mövsümdə 3 klubda oynamaq icazəsi verib

FİFA futbolçulara mövsümdə 3 klubda oynamaq icazəsi verib

Tarix: 11 Iyun 2020 23:02

FİFA müvəqqəti tənzimləmə dəyişikliklərini elan edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ali futbol qurumu futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verib.

Bu addım oyunçuların işsizlik riskini azaltmaq üçün atılıb. Buna qədər FİFA-nın qaydalarına əsasən, bir futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi matçlarda meydana çıxa bilərdi.

Eyni zamanda, futbol assosiasiyalarına müəyyən şərtlərlə cari mövsümün sonuna qədər 2020/21 mövsümü üçün ilk qeydiyyat dövrünü açmaq icazəsi verilib.

Milli.Az


Etiketlər:  FİFA futbolçulara mövsümdə 3 klubda oynamaq icazəsi verib


RƏYLƏR