Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dövründə dondurma yemək məsləhət deyil - HƏKİMLƏR

Pandemiya dövründə dondurma yemək məsləhət deyil - HƏKİMLƏR

Tarix: 11 Iyun 2020 23:27

Hazırda yay fəslində koronavirus pandemiyası dövrü də paralel getdiyi üçün artıq dondurma mövsümüm gəldiyini görən insanlar az qala hər gün dondurma yeyir.

Dondurma nəinki təkcə soyuq qidadır, həm də çox miqdarda şəkər mənbəyidir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkimlər hazırki durumla bağlı dondurmanın boğaz ağrısı, qıcıqlanma, allergiya, iltihab, öskürək, bəzi hallarda zəif insanlarda zökəm, qripə bənzər vəziyyətlər yaratdığını nəzərə alaraq, onu bacardıqca az yeməyi tövsiyə edir.

"Dondurma bədən temperaturunu kəskin salır, boğazda iltihabi ocaq yaradır, səsi tutur, angina, laringit, digər xəstəliklər yaradır. Bu zaman insan koronavirus infeksiyasına daha həssas olur,immuniteti düşür, xəstəlik simptomları bir-birinə bənzəyir.

Həm insan özü, həm də həkim koronavirusdan şübhələnir. Bu zaman test götürmək lazım gəlir. Ona görə lazımsız problemlərlə üz-üzə gəlməmək üçün, bu ərəfədə buzlu qidalardan uzaq durun, bədən temperaturunu normal saxlayın, bədənin və ayrı-ayrı orqanların soyumasına imkan verməyin".


Etiketlər:  Pandemiya dövründə dondurma yemək məsləhət deyil HƏKİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ