Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 23:52
Feysbukun rəhbəri Mark Zukerberq Donald Trampın fikirlərindən sonra gizlilik siyasətinə yenidən baxacağını söyləyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbuk rəhbəri çox insanın D.Trampın paylaşımının qarşısını almadığı üçün şirkəti qınadığının fərqində olduğunu deyib.
O bildirib ki, hansı paylaşımlara icazə verilməsi məsələsi yenidən müzakirə olunur.
Qeyd edək ki, polis qaradərili Corc Floydu qətlə yetirdiyinə görə, sosial şəbəkələrdə başlanan etirazlardan sonra Donald Tramp Feysbukda bu paylaşımı edib: "Silahlar qarət başlayanda açılmağa başlayır".
Tvitter onun bu paylaşımını silsə də, Feysbuk qarşı çıxmamış, buna görə də əməkdaşlarından etiraz eşitməli olmuşdu.