Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada koronavirusdan ölənlərin sayı 40 mini ötüb

Braziliyada koronavirusdan ölənlərin sayı 40 mini ötüb

Tarix: 12 Iyun 2020 09:16

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 31 412 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 802 828 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 1,2 mindən artıq insan ölüb, ölənlərin ümumi sayı 40 919 nəfər təşkil edir. Koronavirusdan sağalanların sayı isə 345 595 nəfərdir.

Qeyd edilir ki, Braziliya koronavirusdan ölüm hallarının sayına görə dünyada üçüncü, yoluxma hallarının sayına görə isə ikinci yerdə qərarlaşıb.


Etiketlər:  Braziliyada koronavirusdan ölənlərin sayı mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ