Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhram Xəlilov: 5 nəfər üzərində telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Bəhram Xəlilov: 5 nəfər üzərində telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Tarix: 12 Iyun 2020 12:12

Bakı. İlhamə İsabalayeva – Trend:

Son iki gündə Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını uğurla keçirdi.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, iyunun 10 və 11-də keçirilən imtahanlarda çox az sayda qanun pozuntusu olub. 5 nəfər üzərində telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bir nəfər isə sual kitabçasının şəklini çəkərək sosial şəbəkədə paylaşdığı üçün onun da nəticələri ləğv edilib.

B.Xəlilov imtahanların pandemiyadan irəli gələn tələblərə uyğun keçirildiyini söyləyib: “Pandemiya ilə əlaqədar imtahan keçirilən binaların sayı artırılıb. İmtahan keçirilən binaların qarşısında nişanlar qoyulmuşdu ki, onlar sosial məsafəni gözləsinlər. İmtahanda iştirak edən abituriyentlər koronavirusla bağlı bəyannamə də təqdim ediblər”.


Etiketlər:  Bəhram Xəlilov nəfər üzərində telefon aşkarlandığı üçün imtahandan xaric edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ