Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xiaomi” şirkəti “Mi Band 5” fitnes trekerini təqdim edib

“Xiaomi” şirkəti “Mi Band 5” fitnes trekerini təqdim edib

Tarix: 12 Iyun 2020 13:12

"Xiaomi" şirkəti "Mi Band" fitnes trekerinin yeni nəslini təqdim edib. Qurğu daha böyükölçülü ekran, yeni siferblat və yeni enerjidoldurma texnologiyası ilə təchiz edilib. Bu haqda məhsulun Çinin "Weibo" platformasındakı rəsmi hesabında məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "Mi Band 5" cihazı 1,2 düym rəngli "AMOLED" displeyə malikdir, 100-dən çox siferblat dəstəyinə malikdir. Aparat ürək ritminin monitoru, qanda oksigenin miqdarını ölçmək funksiyası, tənəffüs gimnastikası üçün daxili proqrama malikdir. "Xiaomi" yeni nəsil cihaza 11 təlim növü əlavə edib.

 

Qurğunun avtonom iş vaxtı 14 günədək təşkil edir. "Mi Band 5" sudan qoruma funksiyasına malikdir, qurğu smartfondan bildiriş ala və onun bəzi funksiyalarını idarə edə bilər. Treker "iOS" və "Android" sistemi ilə işləyən smartfonları dəstəkləyir.

 

18 iyunda satışa çıxarılacaq "Mi Band 5" aparatının standart versiyasının qiyməti 189 yuan (26 dollar) təşkil edəcək. "NFC" texnologiya ilə olan versiyanın qiyməti isə 229 yuan (32 dollar) təşkil edəcək.

 

Emil Hüseynov




Etiketlər:  Xiaomi şirkəti Mi Band 5 fitnes trekerini təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ