Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 13:55
"On dəqiqə bundan əvvəl eşitdim xəbəri, çox pis oldum. İnanın özümə hələ də gələ bilmirəm".
Bu sözləri "ölkə.Az"a klarnet ifaçısı Zahid Qubadlı Xalq artisti Teymur Mustafayevin ölümündən danışarkən deyib.
"3 gün əvvəl telefonla danışdıq, çox gümrah idi. Səhhəti də normal idi. Yeni mahnılarının üzərində işləmək istəyirdi. Mənə dedi ki, karantin bitsin, yeni mahnı yazdıraq".
Qeyd edək ki, T.Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. Xanəndə, xalq artisti Teymur Mustafayev bu gün vəfat edib.