Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yağış İstanbulu yudu apardı - Hətta təxliyə var

Yağış İstanbulu yudu apardı - Hətta təxliyə var

Tarix: 12 Iyun 2019 19:48

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun Pendik rayonunda güclü yağış nəticəsində məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsini su basıb.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq məktəbdən uşaqlar təxliyə edilib.

Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçaları da təxliyə olunub. Bir sıra mağaza və müəssisələri də su basdığı deyilir.

Yağışın günün sonunadək yağacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Ankarada 3 nəfər şiddətli yağışın törətdiyi daşqının qurbanı olmuşdu.


Etiketlər:  Yağış İstanbulu yudu apardı Hətta təxliyə var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ