Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:40
Sərtləşdirilmiş karantin rejimindən əvvəl bəzi Bakı və Abşeron yarımadasında olan bəziləri rayonlara getmək istəyirlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, şəhər qeydiyyatı olan şəxslər karantin postlarından rayonlara buraxılmayacaq: "Karantin postlarından həmin şəxslər geri qaytarılacaq. Ona görə də heç kim digər rayonlara getməyə cəhd etməsin".