Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 20:08
"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, İngiltərə klubunda qalmaq istədiyni söyləyib: "Mançester Siti" ilə müqaviləmin müddətini artırmaq üçün görüşəcəyik. Əlbəttə, burada qalmaq istəyirəm. Klubum da eyni şeyi istəyir".
Qeyd edək ki, İlkayın Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır.