Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan iriçaplı pulemyotlar və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozdu

Ermənistan iriçaplı pulemyotlar və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi  21 dəfə pozdu

Tarix: 13 Iyun 2020 09:32

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Kürdlər kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Etiketlər:  Ermənistan iriçaplı pulemyotlar snayper tüfənglərindən istifadə etməklə atəşkəsi 21 dəfə pozdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ