Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 23:20
Millimizin futbolçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
Qol.az xəbər verir ki, bu barədə "Krılya Sovetov"un hücumçusu özünün "Feysbuk" səhifəsində yazıb: "Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".
R.Şeydayev matçdan sonra müsahibə zamanı ağlaması ilə bağlı fikirlər haqda da danışıb: "Müsahibədə ağlamamışam, tərimi silirdim".
Qeyd edək ki, millimiz Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzub. Matçda yığmamızın yeganə qolunu R. Şeydayev vurub.