Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 17:24
Parlaq günəş işığı kalsium mübadiləsində iştirak edən, bədxassəli yenitörəmələrdən qoruyan və immunitet sistemini gücləndirən "D" vitamininin istehsalını stimullaşdırır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko deyib.
Onun sözlərinə görə, isti hava (onunla da birlikdə ultrabənövşəyi şüalar) virusa, o cümlədən də COVID-19-a neqativ təsir edir.
"Yayda virusun fəallığı azalır, ultrabənövşəyi şüa ona məhvedici təsir göstərir", - deyə Briko sözlərini yekunlaşdırıb.