Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nepal parlamentinin nümayəndələr palatası ölkə xəritəsinin yenilənməsini təsdiqləyib

Nepal parlamentinin nümayəndələr palatası ölkə xəritəsinin yenilənməsini təsdiqləyib

Tarix: 13 Iyun 2020 20:12

Bakı. Trend:

Nepal parlamentinin nümayəndələr palatası ölkə xəritəsinin yenilənməsini və hazırda Hindistana məxsus olan bir neçə rayonun xəritəyə əlavə edilməsini təsdiqləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, nümayəndələr palatasının təsdiqlədiyi qərar həmçinin Nepalın ölkə gerbindəki təsvirinin dəyişdirilməsini nəzərdə tutur.

Məlumata əsasən, nümayəndələr palatasının iclasında iştirak edən qanunvericilərin hamısı qanun layihəsinin lehinə səs verib.

Bildirilir ki, bundan sonra qanun layihəsi parlamentin yuxarı palatası və Milli Məclisdə səsverməyə çıxarılacaq.


Etiketlər:  Nepal parlamentinin nümayəndələr palatası ölkə xəritəsinin yenilənməsini təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ