Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gədəbəy sakinini gözündən bıçaqlayan şəxs tutulub

Gədəbəy sakinini gözündən bıçaqlayan şəxs tutulub

Tarix: 13 Iyun 2019 09:27

Bakı. Trend:

Gədəbəydə bıçaqlanma hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, iyunun 12-də axşam saatlarında Gədəbəy rayonu Qumlu kənd sakini Zamiq Allahverdiyevin sağ gözünün kəsilmiş göz yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Z.Allahverdiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gədəbəy sakinini gözündən bıçaqlayan şəxs tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ