Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kasilyas prezidentliyə namizədliyini geri götürdü

Kasilyas prezidentliyə namizədliyini geri götürdü

Tarix: 15 Iyun 2020 18:26

"Portu"nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olmaqdan imtina edib.

Qol.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper özünün "Tvitter" hesabında yazıb. İspan qapıçı bildirib ki, bu qərarı verməsinin əsas səbəbi ölkədəki xüsusi sosial, iqtisadi və epidemioloji vəziyyətdir. O, eyni zamanda növbəti seçkilərdə iştirak etməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, İspaniya Futbol Federasiyasında prezident seçkiləri avqustun 17-i keçiriləcək. Hazırda bu vəzifəyə yeganə namizəd hazırkı prezident Luis Rubialesdir.

 


Etiketlər:  Kasilyas prezidentliyə namizədliyini geri götürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ