Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Muslera doğum günündə əməliyyat olunacaq

Muslera doğum günündə əməliyyat olunacaq

Tarix: 16 Iyun 2020 00:48

“Rizəspor”la oyunda  zədələnən “Qalatasaray”ın qapıçısı Fernando Muslera əməliyyat olunacaq.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiper iyunun 16-da, doğum günündə əməliyyat olunacaq. 

Xatırladaq ki, Muslera matçın 15-ci dəqiqədə rəqib futbolçusu Mlan Şkoda ilə toqquşma zamanı ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Uruqvay millisinin üzvünün ayağında iki qırıq aşkarlanıb. Onun, təxminən, 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

 


Etiketlər:  Muslera doğum günündə əməliyyat olunacaq


RƏYLƏR