Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 09:44
Bakı. Trend:
Çad koronavirusla mübarizədə tibb ləvazimat çatışmazlığı yaşayır.
Trend-in məlumatına görə, Çadın Səhiyyə naziri bildirib ki, yeganə ləvazimatları Türkiyədən göndərilən süni tənəffüs cihazılarıdır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə təcili yardım avtomobili də daxil olmaqla Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tibbi ləvazimatlar Milli Müdafiə Nazirliyinə məxsus A400M tipli yük təyyarəsi ilə may ayının 26-da Çad Respublikasına göndərilib.
Çadda bu günə qədər 850 nəfər koronavirusa yoluxub, 73 nəfər həyatını itirib.