Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin avtobusu qəzaya düşdü - FOTO

''Neftçi''nin avtobusu qəzaya düşdü - FOTO

Tarix: 16 Iyun 2020 21:48

"Neftçi"nin əsa komandasını aparan avtobus qəzaya düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində - komanda üzvləri məşq üçün klubun bazasına gedərkən  baş verib.

Hadisə ilə bağlı "Qafqazinfo"ya açıqlama verən bakılıların mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib ki, qəzanın baş verməsinə səbəb sağ zolaqda hərəkət edən taksi sürücüsünün məsafəyə əməl etməməsi olub: "Taksi sürücüsü ötmə əməliyyatını yerinə yetirən zaman məsafəni düzgün hesablaya bilmədi. Nəticədə onun idarə etdiyi minik avtomobili komandanın avtobusuna çırpıldı. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb".

Qeyd edək ki, qəza ilə əlaqədar prospektdə sıxlıq müşahidə olunub.

Milli.Az


Etiketlər:  Neftçinin avtobusu qəzaya düşdü FOTO


RƏYLƏR